Aİ və Azərbaycan arasında sazişin yaxşı hazırlanması vacibdir

"Düşünürəm ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin müzakirəsinin növbəti mərhələsi noyabrın 24-də keçiriləcək "Şərq Tərəfdaşlıq" sammitinədək baş tutacaq". 

Bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib. Səfir bildirib ki, sazişin hazırlanması istiqamətində işlər yaxşı gedir: "Bu saziş Aİ və Azərbaycan arasında gələcək əməkdaşlığın fundamental prinsiplərini əks etdirir. Buna görə də sazişin tez bir zamanda deyil, yaxşı hazırlanması vacibdir. Saziş sammitə qədər hazırlansa, daha yaxşı olar. O vaxta kimi çatdırmasaq, çalışacağıq ki, işləri tez yekunlaşdırmaq üçün danışıqları eyni tempdə davam etdirək". (apa)

13.10.2017 18:47 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo