Qarabağın futbolçusu: Çalışacağıq ki, Atletiko ilə oyunda yaxşı nəticə qazanaq

Samir Soltanov/AZADİNFORM. “İnter”lə oyun həmişə çətin olub. Çalışırıq ki, bu komandaya qarşı səbirli olaq. Çünki rəqib sıx müdafiə olunur”. 

Azadinform xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Mahir Mədətov Topaz Premyer Liqanın 8-ci turunda “İnter”ə qalib gəldikləri oyundan (2:0) sonra “CBC Sport”a açıqlamasında bildirib. O qeyd edib ki, qələbən asan olmadı: “Qol vura bilmədiyi üçün təəssüflənmirəm. Qurban müəllim də bizə demişdi ki, səbirli olun. Matçın süni ot örtüyündə olması bir qədər də işimizi çətinləşdirdi. Qol vurmaq mənim işimdir. Ancaq qarşıma elə bir məqsəd qoymamışam ki, hər oyunda qol vurmalıyam. Qol vurmaq da ələ düşən fürsətdən asılıdır. Çalışıram ki,  hər oyunda komandama xeyir verim”. 

Oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Atletiko” ilə qarşılaşacaqları oyun haqda danışan M. Mədətov bildirib ki, rəqibin gücü bəllidir: “Ancaq biz evdə tam başqa həvəslə çıxış edirik, daha rahat oluruq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Rəqibin kimliyindən asılı olmayaraq çəkinmirik”.

13.10.2017 18:53 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo