Orta aylıq nominal əmək haqqı artıb

Samir Soltanov / AZADİNFORM. 2017-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı açıqlanıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, 2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 7,4% artaraq 524,7 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 3083,4 manat, qeyri-neft sektorunda 464,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 391,8 manat, özəl müəssisələrdə isə 711,8 manat olub. 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

13.10.2017 18:31 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo