Ölkə əhalisinin gəlirləri artıb 8%

Samir Soltanov/AZADİNFORM. İlkin məlumatlara görə, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36 mlrd. 247 mln. manata çatıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3728 manat və ya ayda 414,2 manat təşkil edərək 6,9% artıb. 

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8-i kreditlər üzrə faizlərin ödənilməsinə (652 mln. manat) sərf edilib, 3,9%-i isə yığıma yönəldilib. 
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 mlrd. 157,3 mln. manatlıq vəsait qalıb.

13.10.2017 18:22 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo