Prezident "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında dəyişiklik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, bu sərəncamla “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilir:

7. Hasilat sənayesində şəffaflığın artırılması

7.1.

Beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi

Həyata keçirilmiş fəaliyyətlə bağlı hesabat

İcraçı: Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya

2017-2018

13.10.2017 18:12 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo