Ümumi daxili məhsul istehsalı azalıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda rezidentləri tərəfindən 50067,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6% az ümumi daxili məhsul istehsal edilib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,5% artıb, onun ÜDM-də payı 62,6% olub. Neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 6,5% azalıb. 

ÜDM istehsalının 40,2%-i sənayedə, 10,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,7%-i tikintidə, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 16,3%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,4%-ni təşkil edib. 

Əhalinin hər nəfərinə düşən ÜDM 5149,4 manata bərabər olub.

13.10.2017 17:33 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo