Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının toplantısında çıxış edib

Samir Soltanov/AZADİNFORM. Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş illik toplantısında iştirak edib. 

Azadinform xəbər verir ki, Bu barədə MŞ məlumat yayıb. Bildirilir ki, MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib. 

Deputat Şuraya ünvanlanmış şikayətlərdəki bir sıra motivlərdən söz açıb. 

Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında Avropada, eləcə də dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar, Mətbuat Şurası institutlarının bu müstəvidə daşıdıqları missiya, internet media ilə əlaqədar tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı oktyabrın 11-dən 13-dək keçirilib.

13.10.2017 17:25 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo