Keyfiyyətsiz məhsul satma və istehlakçıları aldatmaya görə cəza yüngülləşdirilir

Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsinin 3-cü bəndinə dəyişiklik təklif edilir. 

Məlumata görə, təklif olunan layihəyə əsasən, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda hazırda tətbiq olunan 3 il azadlıqdan məhrum etmə cəzası 2 il azadlıqdan məhrum etmə və yaxud 2 il azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü ilə əvəzlənir. Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)

13.10.2017 17:05 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo