Azərbaycan Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir”. 

Azadinform xəbər verir ki, bunu Minskdə rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Belarusun Baş naziri Andrey Kobyakov bildirib. 
Azərbaycanla Belarus arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf tempindən söz açan Baş nazir qeyd edib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. 
Milli Məclisin sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal iqtisadi layihələrdən söz açıb. Spiker Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 
O. Əsədov deyib ki, Minsk traktor zavodunun Gəncə avtomobil zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.

13.10.2017 16:40 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo