Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu müzakirə edilib

Samir Soltanov/AZADİNFORM. Prezident yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramına uyğun olaraq, İsmayıllı Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədlinin “Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu” mövzusunda mühazirəsi təşkil olunub. 

Fonddan Azadinform-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov dilimizin saflığının qorunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən siyasətdən danışıb. 

Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi, şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov təmsil etdiyi qurumun milli-mənəvi dəyərlərin təbliğatı ilə bağlı həyata keçirdiyi layihələri xatırladıb. 

Mühazirəçi əməkdar jurnalist Allahverdi Məmmədli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq Fərmanı xatırladaraq, ana dilinin qorunmasında hər bir vətəndaşın məsuliyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamında vurğulanan məqamlara diqqət çəkən alim dilimizi yad ünsürlərdən qorumağın, onu zənginləşdirməyin əhəmiyyətini vurğulayıb.

13.10.2017 16:28 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo