Novxanıda İran vətəndaşı öldürülüb

Sumqayıt Şəhər Prokurorluğu Novxanıda meyiti tapılan İran vətəndaşı ilə bağlı məlumat yayıb. 

Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayəti törətmiş şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq - əməliyyat tədbirləri davam etdirilir. 

Qeyd edək ki, Novxanıda İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlunun meyiti aşkarlanıb. (apa)

13.10.2017 16:05 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo