ADU-da Jan Kristof Rufən ilə görüş keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Fransa Akademiyasının üzvü, yazıçı və həkim Jan Kristof Rufən ilə görüş keçirilib.

ADU-dan Azadinform-a verilən məlumata görə, universitetin Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə ADU-nun professor-müəllim heyəti, eyni zamanda fransız dili ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. Ədəbi fəaliyyəti, ictimai görüşləri barədə görüş iştirakçıları ilə fikir mübadiləsi aparan qonaq onları maraqlandıran sualları cavablandırıb.

Tədbir J.K.Rufənə universitet adından hədiyyələrin verilməsi ilə sona yetib.

13.10.2017 15:56 / Baxılıb: 46 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
11.12.2017
10.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo