Deputat: Əgər Ermənistan dinc nizamasalma yolunu istəyirsə...

Leyla Məhərrəmova / AZADİNFORM. “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarqsyan arasında keçirilməsi nəzərdə tutulan görüş faktının özünü müsbət qiymətləndirirəm”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, Ermənistan nəhayət, başa düşdü ki, Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini dinc vasitələrlə həll etməsə, alternativ yoldan istifadə olunacaq.

Deputatın fikrincə, bu da rəsmi İrəvan üçün fəlakətlə nəticələnə bilər: “Əgər Ermənistan dinc nizamasalma yolunu istəyirsə, onda Azərbaycanın işğal edilmiş ərazilərində süni surətdə qurulmuş qondarma qurumun müstəqilliyi və ya Ermənistana birləşdirilməsi niyyətlərindən əl çəkməli, işğal faktını aradan qaldırmalıdır”.

Deputat əlavə edib ki, bundan sonra yuxarı Qarabağ regionunun statusu məsələsi müzakirə obyekti ola bilər.

13.10.2017 15:35 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo