Prezidentlərin görüşü zamanı müzakirə predmeti geniş olacaq

Leyla Məhərrəmova / AZADİNFORM. Dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair görüşü yüksək səviyyəli görüşdür. Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə danışıqlar mövzusu olacaq məsələ çoxdur.

Bu fikirləri Azadinform-a politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, axır vaxtlar münaqişənin həlli ilə bağlı müəyyən təkliflər var: “Lavrov planı, Tillerson planı, Minsk qrupunun sabiq həmsədri Hoqlandın torpaqların geri  qaytarılması barədə təklifləri var idi. Hesab edirəm ki, görüş zamanı müzakirə predmeti geniş olacaq”. Politoloq vurğulayıb ki, görüşdə Azərbaycan Prezidenti ölkəmizin prinsipial mövqeyini yenidən bildirəcək.

F. Sadıqovun fikrincə, bütün məsələlər dərhal həll olunması mümkün deyil, lakin görüş canlanmanın bir mərhələsidir: “Bəlkə də həmsədrlər təkliflər hazırlayıb onları irəli  sürmək fikrindədir. Təkliflər barədə yayılan məlumatların təsadüfi olmadığını düşünürəm. Konkret proqnoz vermək çətindir. 25 ildir ki, davam edən münaqişə və danışıqlar prosesi əsas vermir ki, biz çox optimist yanaşma nümayiş etdirək. Çox güman ki, konkret substantiv danışıqlar çərçivəsində mühüm məsələ müzakirə ediləcək”.

13.10.2017 14:22 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo