Komitə sədri Şəkidə sakinlərlə görüşüb

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Şəki şəhərindəki Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib.

DGK-dan Azadinform-a verilən məlumata görə, komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı A. Əliyev qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

13.10.2017 14:14 / Baxılıb: 43 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo