Ərdoğan İdlib əməliyyatından danışdı: Niyə bunu edirsiniz? deyə bilməzlər

“Samir Soltanov/AZADİNFORM. “İllərdir bizi terror təşkilatları ilə kifayət qədər güclü şəkildə mübarizə aparmamaqla ittiham edənlər indi isə həmin terror təşkilatları ilə qol-qola girib bölgədə işlər görürlər”. 

Azadinform “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezidentin sözlərinə görə, terrorla mübarizədə ən böyük hədəf olaraq İŞİD-i göstərənlər artıq buna qarşı PYD-YPG kimi terror təşkilatları ilə birlikdə mübarizəyə başlayıblar”. 

Türkiyə ordusunun İdlibdə əməliyyata başlamasına münasibət bildirən Ərdoğan qeyd edib ki, “Bir gecə qəflətən gələ bilərik” dedik və bu gecə bildiyiniz kimi Silahlı Qüvvələrimiz Azad Suriya Ordusu ilə birlikdə İdliblə bağlı əməliyyata başlayıb: “İdlib bizə sərhəddir. Bu səbəbdən təhlükəsizliyimizi təmin etmək üçün belə bir tədbirə əl atdıq. Suriya ilə 911 kilometr sərhədi olan bizik. Hər an təhdid altında olan bizik. Kimsə bizə “Niyə bunu belə edirsiniz?” deyə bilməz”.

13.10.2017 14:07 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo