Sabah hava yağmursuz olacaq

Samir Soltanov/AZADİNFORM. Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz  18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50%  olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.

13.10.2017 13:14 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo