Prosineçki: Bosniya və Hersoqovinadan mənə heç bir təklif gəlməyib

Samir Soltanov/AZADİNFORM. Millimizin baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina yığmasını çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib. 

Azadinform xəbər verir ki, xorvatiyalı mütəxəssis “Bosniya və Hersoqovina millisinin əla oyunçulardan qurulmuş komanda olduğunu deyib: “Bu barədə ancaq bunu deyə bilərəm”.

R. Prosineçki Bosniya və Hersoqovinanın “Mondo.ba” nəşrinə açıqlamasında federasiyadan təklif almadığını vurğulayıb: “Bu sual mənə ikinci dəfə verilir. Ancaq mən də bunu yenicə eşitmişəm. Heç bir şeydən xəbərim yoxdur. Mənə heç bir təklif gəlməyib”. 

Qeyd edək ki, millimizlə müqaviləsi dekabrda başa çatacaq 48 yaşlı mütəxəssis böyük ehtimalla yığmamızdan ayrılacağını açıqlayıb.

13.10.2017 12:45 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo