Qonşusu puluna qənim çıxdı Bank hesabından 2938 manat oğurladı

Samir Soltanov/AZADİNFORM. Sentyabrın 6-da DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən bir şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib. 
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib. 
Müəyyən edilib ki, H. Muradov qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürüb. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub. 
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.

13.10.2017 12:08 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo