Azərbaycan və Ukrayna cinayət işləri üzrə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Eşqin Nuruşov/AZADİNFORM. Oktyabrın 9-10-da Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Ukrayna prokurorluqları arasında cinayət işləri üzrə hüquqi yardım sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Kiyev şəhərində səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Ukrayna Baş prokurorunun müavini Yevgeniy Yeninlə görüşüb. Y. Yenin ölkələr arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq-mühafizə orqanları ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

E.Əlixanov Ukraynanın Baş prokuroru Yuriy Lutsenkonun cari ilin fevralında ölkəmizə səfərinin qarşılıqlı işgüzar münasibətlərin inkişafına yeni təkan verdiyini xüsusi vurğulayıb.

Görüş zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Səfər çərçivəsində Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğunda görüşlər keçirilməklə, korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13.10.2017 11:50 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo