Rezidentlər təkrar imtahan verəcəklər

Eşqin Nuruşov/AZADİNFORM. Oktyabrda dövri attestasiyadan keçə bilməyən və ya üzrlü səbəbdən iştirak etməyən rezidentlər üçün təkrar imtahan keçiriləcək.

Səhiyyə Nazirliyindən Azadinform-a verilən məlumata görə, imtahan noyabrın 10-da saat 14:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) təşkil olunacaq.

İstifadəçi şifrəsini almayan rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-ə müraciət etməlidirlər.

Qeyd edək ki, VTM Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

13.10.2017 11:06 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo