95 min dolların ölkədən aparılmasının qarşısı alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkədən aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşının əl yükünə gömrük baxışı keçirilib. Yoxlama zamanı vətəndaşın çemodanının içərisində 950 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, 95.000 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

13.10.2017 10:47 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo