Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin bu gün rəsmi qarşılanma mərasimi olub.

Azadinform xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

13.10.2017 10:27 / Baxılıb: 252 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo