Araz Malta çempionuna 6 qol vurdu

Samir Soltanov/AZADİNFORM. Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununu keçirən “Araz” Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb. 

Azadinform xəbər verir ki, Maykon da Silvanın 4 dəfə fərqləndiyi oyunda “Araz”ın digər qollarını Karvalho dos Santos və Teles Thaqo vurub. 

Qeyd edək ki, “Araz” ilk oyunda “Mostar”ı 5:2 hesabı ilə məğlub etmişdi. Təmsilçimiz qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 20:00-da Rumıniyanın “Deva” komandasına qarşı keçirəcək.

13.10.2017 10:25 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo