Sahibsiz it 3 nəfərə hücum edib - Göyçayda

Göyçay rayonunda 3 nəfər itin hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb. 

Məlumata görə, hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Sahibsiz it kənd sakinləri, 1969-cu il təvəllüdlü Zülfüqarov Rəhim Mürsəl oğlu, 1985-ci il təvəllüdlü Kərimov Elçin Cəbi oğlu və Kərimova Aidə Xəqani qızına hücum edərək əl və ayaqlarından xəsarətlər yetirib.

Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, quduzluğa qarşı vaksin vurulub. (apa)

13.10.2017 10:15 / Baxılıb: 36 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo