Tramp İranla bağlı qərarını bu gün elan edəcək

Adəm Abbaslı/AZADİNFORM. ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək.

“RİA Novosti”nin yaydığı xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

Trampın İranla bağlanmış nüvə sazişinə dair qərarını elan edəcəyi gözlənilir.

“Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək", - deyən Sanders məsələ ilə bağlı təfərrüatların sonra elan ediləcəyini bildirib.

13.10.2017 09:25 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo