Füzulidə tank mərmisi tapılıb

Adəm Abbaslı/AZADİNFORM. Ötən gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu Horadiz qəsəbəsi və Kürdmahmudlu kəndi ərazilərində mərminin olması barədə məlumat daxil olub.

Agentlikdən Azadinform-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Horadiz qəsəbəsində “Burğa dərəsi” adlanan əraziyə və Kürdmahmudlu kəndi ərazisində əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd 125 mm-lik tank mərmisi aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək. Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

13.10.2017 09:20 / Baxılıb: 25 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo