Lənkəranda ev yanıb

Adəm Abbaslı/AZADİNFORM. Lənkəran rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azadinform-a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

13.10.2017 09:15 / Baxılıb: 30 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo