Yevlaxda iki nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb

Yevlaxda iki yerli sakin bədbəxt hadisələr nəticəsində xəsarət alıb.

Hadisələrdən biri rayonun Qaramanlı kəndində baş verib.

1969-cu il təvəllüdlü kənd sakini Elmira Əli qızı Quliyeva həyətyanı sahədə üzüm yığan zaman hündürlükdən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Digər bədbəxt hadisə isə rayonun Aşağı Qarxun kəndində baş verib. Həmin kəndin sakini, 1964-cu il təvəllüdlü Səfər Qara oğlu Quliyev evində iş görən zaman laqonda ilə ayağını kəsərək xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və hər iki faktla bağlı araşdırma aparılır.

12.10.2017 23:44 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo