Atalar və qızlar festivalı keçiriləcək

Oktyabrın 14-də Bakıda 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qızlar” festivalı keçiriləcək.

Azadinform xəbər verir ki, festivalın məqsədi atalar və qızları arasında mənəvi bağları daha da gücləndirmək, onların birgə asudə vaxt keçirilmələrini təmin etməkdir.

Saat 14:00 – 18:00-dək davam edəcək festival zamanı musiqili proqram, müxtəlif şoular, yarışlar, müsabiqələr və viktorinalar keçiriləcək. Festivalda gənc ata və qızları pazl və saçhörmə yarışları, “Səssiz film” və “Xəbəri uşaqdan al” oyunlarında iştirak etmək şansı qazanacaqlar. Festival iştirakçıları, həmçinin kloun və sehirbaz şoularını da izləyəcəklər. Tədbirdə, həmçinin qızlar üçün xüsusi olaraq “Face art” və karikatura çəkilişləri təşkil olunacaq.

Festivalda iştirak etmək istəyənlər www.festival.nayora.az portalına müraciət edə bilərlər.

12.10.2017 22:46 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo