İsrail YUNESKO-dan çıxmaq niyyətindədir

İsrailin baş naziri Binyamin Netanyahu XİN-ə ölkənin ABŞ-la birlikdə YUNESKO-dan  çıxmasına dair göstəriş verib. 

 Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı hökumət rəhbərinin dəftərxanası yayıb. 

Qeyd edək ki, ABŞ bundan əvvəl UNESO-da çıxdığını elan edib.

ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək. 

12.10.2017 22:04 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo