Kürd muxtariyyəti ilə dialoqun başlanması üçün şərtlərini açıqlanıb

İraqın ərazi bütövlüyünün və birliyi və bölünməzliyinin tanınması kürd muxtariyyəti ilə dialoqun başlanması üçün əsas şərtdir.

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl Abadi bildiriib.

“Bizim mövqeyimiz aydındır. İstənilən dialoq aşağıdakı prinsiplərlə əsaslanmalıdır – İraqın bölünməzliyi, İraq Konstitusiyasının icrası və referendumun nəticələrindən imtina. Bu mövqenin  hər hansı müzakirələrə, təşəbbüslərə və ya vasitəçiliyə ehtiyacı yoxdur”, - deyə Heydər əl Abadi bildiriib.      

Baş nazir İraq hökumətinin “Kürdüstan”ı boykot etdiyini, Bağdadla bölgə arasında münasibətlərin davam etdiyini qeyd edib.

Qeyd edək ki,  sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.   

12.10.2017 21:50 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo