"Azərbaycana qarşı siyasət yürüdən qruplar çirkin niyyətlərinə nail ola bilməyəcəklər"

"Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək".

Azadinform-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında yazıb. 

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasət yürüdən bəlli qruplar ölkəmizi uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər" - o qeyd edib. 

12.10.2017 21:22 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo