II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək

Sabah Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Emre İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə II Türk Dünyası Sənədli Filmlər Festivalı keçiriləcək.

Səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyindən Azadinform-a verilən məlumata görə, sabah festivalın açılış tədbirlərində “Sıraç” (Türkiyə) və “Yol” (Azərbaycan) filmləri nümayiş olunacaq.

Tamaşaçılar oktyabrın 15-dək digər filmlərə də baxmaq imkanı əldə edəcəklər.

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi müxtəlif universitet, mədəniyyət mərkəzləri, o cümlədən, Yunus Emre İnstitutunda filmlərin nümayişini keçirəcək.

12.10.2017 20:36 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo