Araz UEFA kubokunda 2-ci qələbəsini qazanıb

Azərbaycanın “Araz” futzal komandası UEFA kubokunun əsas mərhələsi çərçivəsində keçirdiyi 2-ci oyununu da qələbə ilə başa vurub.

Rumıniyanın Deva şəhərindəki İdman Sarayında baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi Malta çempionu "Sent Endryus” 6:4 hesabı ilə məğlub edib. Hər iki hissədə komandamız geridə olsa da, futzalçılarımız son dəqiqələrdə təzyiqi artıraraq rəqib qapısından daha 2 top keçirməklə möhtəşəm qələbə qazanıb.

VIII qrupda yer alan “Deva” (Rumıniya) – “Mostar” (Bosniya və Herseqovina) cütlüyünün qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Azərbaycan çempionu növbəti oyununu oktyabrın 14-də Rumıniyanın "Deva” klubuna qarşı keçirəcək. Qeyd edək ki, qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazancaq.

VIII qrup

12 oktyabr, II tur

“Sent Endryus” (Malta) – “Araz” (Azərbaycan) - 4:4

Qollar: Penava 10, 32; Autio 11; Rojerinyo 26; Da Silva Qayevski 20, 23, 29, 39; Karvalyo Vilela Dos Santos 35, Bolinha 39. (report)

12.10.2017 19:56 / Baxılıb: 42 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo