Kataloniyada on minlərlə insan İspaniyanın milli bayramını qeyd edib

Kataloniyada on minlərlə insan İspaniyanın Milli bayramını qeyd etmək üçün küçələrə çıxıb.

Azadinform "RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyaya “Katalon vətəndaş cəmiyyəti” də qoşulub.

Mitinqdə “Kataloniyaya “bəli”, İspaniyaya da!” şüarları səsləndirilib.

Əyalət paytaxtı Barselonada tədbir iştirakçıları əllərində İspaniya və əyalətin bayraqlarını daşıyıblar. Aksiya iştirakçıları “Yalan danışmayın, Kataloniya İspaniyadır!”, “Puçdemon (Kataloniya hökumətinin başçısı – “Report”) həbsxanaya!”, “Yaşasın kral!”, “Yaşasın vətəndaş qvardiyası!” şüarlarını səsləndiriblər. 

Qeyd edək ki, oktyabrın 1-də əyalətdə “müstəqillik”lə bağlı “referendum” keçirilib. Heç bir dövlət və beynəlxalq təşkilat "referendum"un nəticələrini tanımayıb. Ona görə də əyalət rəhbərliyi Kataloniyanın müstəqilliyini elan etməyi təxirə salıb. 

12.10.2017 19:42 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo