Neft hasilatı azalıb

Samir Soltanov/AZADİNFORM. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 5 mln. 579,3 min ton neft hasil edilib. 

Azadinform xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı statistikada bildirilir. Məlumata görə, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır. Ötən ay SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub. 

Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 mln. 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib.

12.10.2017 17:30 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo