Kamp Nou stadionunun adı dəyişir?

Samir Soltanov/AZADİNFORM. “Barselona” “Kamp Nou” stadionunun adını dəyişə bilər. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, klubun stadionun adını almaq üçün sponsor axtarışında olduğu bildirilir. Əgər sponsor tapılarsa, 2018-ci ildən arenanın adı dəyişəcək. İddia edilir ki, klub rəhbərliyi arenanın adını 200 milyon avroya satmağı planlaşdırır. 

Qeyd edək ki, “Kamp Nou”dakı yenidənqurma işlərindən sonra tamaşaçı tutumunun 105 minə çatdırılacağı, stadiona dam örtüyünün qoyulacağı, yeni tablonun quraşdırılacağı və VİP lojanın genişləndiriləcəyi bildirilir.

12.10.2017 17:05 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo