ADU-da şair Vahid Əzizlə görüş keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin tələbələri Auditoriya + proqramı çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Vahid Əzizlə görüşüb. 

ADU-dan Azadinform-a verilən məlumata görə, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova şairin Azərbaycan poeziyasında xüsusi yer tutduğunu qeyd edib. İ.Kazımova görüşün baş tutmasında tələbələrin  daha çox maraqlı olduğunu sözlərinə əlavə edib. 

Öz növbəsində V. Əziz Dillər Universitetində olmaqdan məmnunluğunu bildirib və söyləyib ki, tələbələrlə görüşmək və ünsiyyət qurmaq insana stimul verir. Gənc nəsli cəmiyyəti gələcəyə daşıyan qüvvə kimi xarakterizə edən şair ADU tələbələrinin dil bilgiləri hesabına ölkəmizin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılması prosesinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Daha sonra şair dünya və Azərbaycan ədəbiyyatının inkişaf tarixindən, nəsr və poeziyanın fərqli xüsusiyyətlərindən bəhs edib, şair yaradıcılığı və onun baxış bucağı haqqında fikirlərini tələbələrlə bölüşüb. O, bildirib ki, əsərdə nə qədər personaj varsa, müəllif bütün obrazların həyatını, dünyasını yaşayır. 

Öz yaradıcılığı və kitabları barədə söz açan V. Əziz seçilmiş əsərlərindən ibarət 10 cildliyin çapa hazırlandığını qeyd edib. O, həmçinin yeni qələmə aldığı “Qoca” adlı şeirini tələbələrə təqdim edib. 

12.10.2017 16:08 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo