ABŞ-ın terrorçulara verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə ediləcək

Samir Soltanov/AZADİNFORM. “ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan etsə də, Vaşinqton Türkiyəyə heç pulla da silah satmır”. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezidentin sözlərinə görə, ABŞ PKK-nın Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır: “Rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq. ABŞ və Türkiyə münasibətlərindəki böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassdır. ABŞ Türkiyə ilə münasibətlərini bir səfirə görə qurban verməməlidir”.

12.10.2017 16:03 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo