Partiya sədri: AŞPA, özünü əli dəyənəkli polis kimi aparma

AZADİNFORM. Deyəsən, AŞPA (Avropa Şurasının Parlament Assambleyası) unudub ki, Azərbaycan Respublikası bu təşkilatın sadəcə üzvüdür, amma onun köləsi deyil.

Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri   Əlisahib Hüseynov deyib. O qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın müstəqil siyasət yürütməsi, ancaq öz milli maraqlarını öndə tutması isə antiazərbaycançı qüvvələri, o cümlədən, özünü əli dəyənəkli amerikan polisləri kimi aparan AŞPA-nı qane etmirsə, bu onların problemidir: “Azərbaycan isə öz əvvəlki kursunu davam etdirəcək”.

Partiya sədri  əlavə edib ki, dünən AŞPA tərəfindən Azərbaycanla bağlı qərəzli sənədlərin qəbul edilməsi də məhz ölkəmizin müstəqil siyasət aparmasını istəməməkdən irəli gəlir: “ Amma mən AŞPA-nın Azərbaycana qarşı diskriminasiyon siyasətinə rəvac verən rəhbər şəxslərinə, xüsusən də cənab T.Yaqlanda belə bir sual vermək istərdim: Cənablar, siz indiyə qədər bizim ən böyük problemimiz olan Qarabağ məsələsinin həlli və qaçqınlarımızın hüquqlarının qorunması istiqamətində heç bir addım atmamısınız, bəs indi nə haqla bizimlə amiranə tonda danışır, tələbləri tələblərin dalınca yağdırırsınız? Bəyəm Avropa Şurasına üzv olmaq sizin tövsiyyələrinizi, tələblərinizi və əmrlərinizi qeydsiz-şərtsiz, gözüyumulu yerinə yetirmək anlamınamı gəlir? Siz özünüzü nə hesab edirsiniz?”

O sonda bildirib ki, biz hesab edirik ki, istər öhdəliklər, istərsə də hörmət və ehtiram birtərəfli yox, qarşılıqlı şəkildə olmalıdı: “Bu mənada, bu gün AŞPA-nın bizdən nələrisə tələb etməsi kimi, bizim də AŞPA-dan tələbimiz var: AŞPA, özünü əli dəyənəkli polis kimi aparma”.

12.10.2017 15:44 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo