Rusiya, Azərbaycan və İran prezidentləri Tehranda görüşəcək

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub. 

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq. 

M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur. (apa)

12.10.2017 15:35 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo