Azercell abunəçiləri arasında keçirilən I Futbol Turnirinin qalibi bəlli oldu

Eşqin Nuruşov/AZADİNFORM. Öz müştəriləri arasında həm işgüzar, həm də dost münasibətlərini möhkəmlətmək, onların idmana qarşı həvəsini artırmaq və asüdə vaxtlarını təşkil etmək üçün Azercell Telekom daha bir maraqlı təşəbbüslə çıxış edib və korporativ abunəçiləri arasında təşkil etdiyi I Futbol Turnirini uğurla başa vurub. 

Azadinform xəbər verir ki, turnirin ötən gün keçirilən üçüncü yer uğrunda oyununda və eləcə də final turunda azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olublar. “Gilan” və “Kapital Bank” komandaları üçüncü yer uğrunda mübarizə aparıblar. Nəticədə “Kapital Bank” komandası qalib gəlib. Final oyununda isə STP (Sumqayıt Texnologiyalar Parkı)  və Azeri M-İ komandaları yarışıblar. Qızğın oyun nəticəsində 6:2 hesabla STP təmsil edən komanda yarışın qalibi olub. Qaliblər Azercell-in prezidenti Vahid Mürsəliyev tərəfindən turnirin kuboku və medallarla təltif olunub, dəyərli hədiyyələr alıblar. 

Məlumat üçün bildirək ki, sentyabrın 8-dən başlayan futbol turnirində 12 komanda öz gücünü sınayıb. Turnirdə “Kapital Bank”, “North West Construction”, “Xəzər Media”, “Unibank”, “Sumqayıt Texnologiyalar Parkı”, “Gilan Holding”, “TOPAZ”, “Azərtexnolayn”, “Azeri M-İ”, “AA Services”, “Coca-Cola” kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər. 

12.10.2017 15:20 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo