Yağ qutularından 126 ədəd siqaret çıxdı

Samir Soltanov/AZADİNFORM. Yağ qutularından siqaret aşkar edilib. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiya Federasiyasından ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. 

Bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı siqaret aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.

12.10.2017 15:11 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo