Azərbaycan İrana dizel ixrac edə bilər

"Azərbaycan istehsalı olan dizel yanacağı İrana ixrac oluna bilər".

Bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daxili tələbatı tam ödədiyi üçün İrana benzin tədarük edir: "Azərbaycan istehsalı olan "mavi yanacağı" isə almaq onların istəyincə deyil. Azərbaycan istehsalı olan dizel yanacağı İran tərəfinə ixrac oluna bilər. Biz bu təklifə müsbət baxırıq. Biz onlara keyfiyyət nümunəsi və qiymətləri təklif etmişik. Hazırda İran tərəfi bu təklifləri nəzərdən keçirir". (apa)

12.10.2017 14:52 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo