İkinci Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək

Samir Soltanov/AZADİNFORM. “Əgər Birinci Şopinq Festivalında tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir”. 

Azadinform xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İkinci Şopinq festivalı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, Birinci Şopinq Festivalında əlavə dəyər vergisini cəmi 72 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. Payız aylarında keçiriləcək festivala ümumilikdə 578 müəssisə qatılacaq. Qaydalar necə var elə də qalacaq. Turistlərin sayının artımı ilə əlaqədar nağdsız ödəmələr 93 faiz artaraq 703 milyon manat olub. Nağdsız ödənişlərin stimullaşdırılması olduqca önəmlidir. Qeyd edilib ki, festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bu da alış-verişin əhəmiyyətini artıracaq. “Gələcəkdə keçiriləcək növbəti festivallarda ölkəmizə gələcək turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur”.

12.10.2017 14:30 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo