Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinə dair brifinq keçirəcək

Leyla Məhərrəmova/AZADİNFORM. Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı brifinq keçirəcək. 

Azadinform-un məlumatına görə, münaqişənin tənzimlənməsində ABŞ və ATƏT-in roluna həsr edilən brifinq oktyabrın 18-də baş tutacaq. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədrləri - Carey Cavanaugh və Ceyms Uorlik, həmçinin müstəqil ekspert Maqdalena Qrono Dağlıq Qarabağdakı vəziyyəti qiymətləndirmək, Minsk format və davamlı sülhün əldə edilməsi perspektivlərini müzakirə etmək üçün brifinqə qatılacaq. 

12.10.2017 13:55 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo