Şimşək çaxacaq, yağış yağacaq

Eşqin Nuruşov/AZADİNFORM. Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən Azadinform-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  75-85 % olacaq. 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz  18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

12.10.2017 13:00 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo