Əfsanəvi futbolçu dövlət başçısı oldu

Samir Soltanov/AZADİNFORM. Bir dövrün əfsanəvi futbolçusu Corc Vea Liberiyada prezident seçkilərində qalib gəlib. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, “Milan”ın sabiq hücumçusu Liberiyada keçirilən prezident seçkilərində əsas rəqibi Joze Bokaya qalib gəlməyi bacarıb. 

Xatırladaq ki, 1987-2003-cü illərdə Liberiya millisində 60 oyunda 22 qola imza atan keçmiş forvard karyerası ərzində “Milan”la yanaşı, “Monako”, PSJ, “Çelsi”, “Mançester Siti” və “Marsel” klublarının da formasını geyinib. Həmçinin, Corc Vea 1995-ci ildə “Qızıl top” mükafatının da sahibi olub. 

12.10.2017 12:45 / Baxılıb: 35 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo