AÇG yatağından 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycana təhvil verilib

Samir Soltanov/AZADİNFORM. “2006-cı ilin iyunundan bu il iyun ayının sonunadək Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə ümumilikdə 365 milyon ton, yəni 2,74 milyard barrel xam neft nəql olunub”. 

Azadinform xəbər verir ki, bu barədə oktyabrın 12-də Bakıda keçirilən Beynəlxalq Neft Sammitində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib. O qeyd edib ki, bu vaxtadək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib: “Azərbaycan gələcəkdə regional enerji mərkəzi kimi inkişaf edərək böyümək potensialına malikdirmi? Cavab birmənalı olaraq “bəli”dir. Mən çox şadam ki, BP bu prosesdə böyük rol oynayır”.

12.10.2017 12:00 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo